https://news.day.az/az/society/1229149.html Bakıda moped oğurlayan şəxslər saxlanıldı - FOTO

Bakıda moped oğurlayan şəxslər saxlanıldı - FOTO

Cəmiyyət, 28 Aprel 2020 17:03 (UTC +04:00) 124 090
Bakıda moped oğurlayan şəxslər saxlanıldı

Bakıda moped oğurlayan şəxslər saxlanılıb.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, aprel ayının 20-də və 25-də Səbail rayonu ərazisindən xüsusi karantin rejimi vaxtı hazır yeməklərin online sifarişlərini müştərilərə çatdıran daşıma xidmətinin işçilərinə məxsus "Twister" və "Jonway" markalı mopedlərin oğurlanması barədə 9-cu Polis Bölməsinə müraciətlər daxil olub.

Polis əməkdaşları tərəfindən hər iki faktla bağlı müvafiq araşdırmalar aparılıb.

Səbail RPİ və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Twister" markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qorxmaz Eyvazov, "Jonway" markalı mopedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ağababa Əsgərov və Lənkəran rayon sakini Daşdəmir Əsgərzadə qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Polis əməkdaşları tərəfindən maddi sübutlar aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

  • Bakıda moped oğurlayan şəxslər saxlanıldı
  • Bakıda moped oğurlayan şəxslər saxlanıldı
  • Bakıda moped oğurlayan şəxslər saxlanıldı
  • Bakıda moped oğurlayan şəxslər saxlanıldı
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər