https://news.day.az/az/society/1229369.html "28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı

"28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı

Cəmiyyət, 29 Aprel 2020 09:47 (UTC +04:00) 124 021
"28 Mall"dan oğurluq edən keçmiş məhkum saxlanıldı

Bakıda ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisindəki "28 Mall" ticarət mərkəzində baş verib. Martın 9-da naməlum şəxs mərkəzdəki mağazaların birində paltar dəyişmə otağından müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənə Qubadlı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş, 1981-ci il təvəllüdlü T.Talıbzadə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər