https://news.day.az/az/society/1229380.html Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

Cəmiyyət, 29 Aprel 2020 10:03 (UTC +04:00) 124 034
Karantin rejimini pozan Bakı sakininin evində qumarxana aşkarlandı

Bakıda xüsusi karantin rejimi qaydalarını pozaraq evində qumarxana təşkil edən şəxs aşkar edilib.

Day.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T.Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər