https://news.day.az/az/society/1229574.html
Bakıda zəncirvari qəza: 4 avtomobil yararsız hala düşdü - VİDEO
Bakıda zəncirvari qəza: 4 avtomobil yararsız hala düşdü - VİDEO

Bakıda daha bir yol qəzası baş verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində zəncirvari qəza qeydə alınıb. Qəzada 4 avtomobilə ciddi ziyan dəyib.
Şahidlər bildirirlər ki, "Mercedes" markalı avtomobil ara məsafəsi saxlamadığına görə qarşıdakı avtomobilə çırpılıb, həmin avtomobilin sürücüsü isə idarəetməni itirərək yol kənarında olan digər minik maşınları ilə toqquşub.
Hadisə yerinə Yol Patrul Ximdətinin əməkdaşları cəlb olunublar. Hadisədə xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.