https://news.day.az/az/society/1229733.html Bakıda mənzidən külli miqdarda oğurluq edən şəxs tutuldu

Bakıda mənzidən külli miqdarda oğurluq edən şəxs tutuldu

Cəmiyyət, 30 Aprel 2020 09:35 (UTC +04:00) 124 279
Bakıda mənzidən külli miqdarda oğurluq edən şəxs tutuldu

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Day.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektindəki mənzillərdən birində qeydə alınıb.

Vətəndaşa məxsus mənzilə daxil olan naməlum şəxs oradan 400 manat pul, 1300 manatlıq qızıl-zinət əşyaları və iki ədəd qol saatı oğurlayıb.

Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1988-ci il təvəllüdlü Bəxtiyar Mansurov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər