https://news.day.az/az/society/1229921.html Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Cəmiyyət, 30 Aprel 2020 14:50 (UTC +04:00) 124 202
Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən Masallı rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi "Renault" markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən 2 maskalı şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 min ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər