https://news.day.az/az/society/1230186.html Bakıda mağazaya silahlı basqın olub

Bakıda mağazaya silahlı basqın olub

Cəmiyyət, 1 May 2020 10:19 (UTC +04:00) 124 233
Bakıda mağazaya silahlı basqın olub

Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1 200 manat götürüb.

Faktla bağlı Xətai rayon cinayət işi açılıb, araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər