https://news.day.az/az/society/1230326.html Goranboyda avtomobil oğurlayan şəxs saxlanıldı

Goranboyda avtomobil oğurlayan şəxs saxlanıldı

Cəmiyyət, 1 May 2020 14:19 (UTC +04:00) 124 247
Goranboyda avtomobil oğurlayan şəxs saxlanıldı

Goranboyda avtomobil oğurlayan şəxs aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, aprelin 30-da saat 3 radələrində Gəncə-Yevlax yolunda "COVİD-19" xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda rayon sakini Q.İmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Kəpəz RPİ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər