https://news.day.az/az/society/1230614.html Toy sahibinin evində oğurluq - İki il sonra tutuldu

Toy sahibinin evində oğurluq - İki il sonra tutuldu

Cəmiyyət, 2 May 2020 09:42 (UTC +04:00) 124 323
Toy sahibinin evində oğurluq - İki il sonra tutuldu

Şəmkir rayonunda iki il əvvəl evdən oğurluq edən şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Day.Az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşları tərəfindən 2018-ci ilin noyabr ayında rayon ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxs müəyyən olunub. 

Əvvəllər məhkum olunmuş rayon sakini, 39 yaşlı Anar Məmmədzadə Şəmkir ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində nağd pul, 1 ədəd televizor aparatını və 1 ədəd oyun avadanlığını oğurlayıb.

Saxlanılan şəxs ifadəsində zərərçəkənin övladına toy etməsini bildiyini və oğurluq hadisəsini həmin gün etdiyini bildirib. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər