https://news.day.az/az/society/1230858.html Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Cəmiyyət, 2 May 2020 20:00 (UTC +04:00) 124 519
Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-21011" və "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər