https://news.day.az/az/society/1231057.html Qazaxda minik maşını ağaca çırpılıb, 3 nəfər yaralanıb

Qazaxda minik maşını ağaca çırpılıb, 3 nəfər yaralanıb

Cəmiyyət, 3 May 2020 16:44 (UTC +04:00) 124 547
Qazaxda minik maşını ağaca çırpılıb, 3 nəfər yaralanıb

Qazaxda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki hərəkətdə olan VAZ 2107 markalı minik maşını ağaca çırpılıb, daha sonra avtomobil aşıb. Qəza zamanı 1989-cu il təvəllüdlü Məmmədov Məmməd Mustafa oğlu, 1989-cu il təvəllüdlü Bənnayev Fərid Tofiq oğlu və 1990-cı il təvəllüdlü Qapaqov Əzəmət Heydər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.

Yaralıların ikisinin vəziyyətin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər