https://news.day.az/az/society/1231140.html Lənkəranda partlayış baş verib, ölən və yaralanan var

Lənkəranda partlayış baş verib, ölən və yaralanan var

Cəmiyyət, 3 May 2020 21:50 (UTC +04:00) 124 785
Lənkəranda partlayış baş verib, ölən və yaralanan var

Lənkəranda baş verən partlayış nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Liman şəhəri ərazisində təkərlərin təmiri sexində qeydə alınıb. 

Qaynaqçı, şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağamusa oğlu Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib. 

Anar Ağakişiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. 

A.Ağakişiyevin köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. 

Hazırda reanimasiya şöbəsində müalicə alan E.Şükürovun vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər