https://news.day.az/az/society/1231214.html Bakıda mənzilin kombi aparatını oğurlayan şəxs saxlanıldı

Bakıda mənzilin kombi aparatını oğurlayan şəxs saxlanıldı

Cəmiyyət, 4 May 2020 09:43 (UTC +04:00) 124 563
Bakıda mənzilin kombi aparatını oğurlayan şəxs saxlanıldı

Bakıda mənzil qarət edilib.

Day.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayonda yerləşən evlərdən birindən 1 600 manat dəyərində kombi aparatı oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü R.Abdullayev saxlanılıb. Ondan axtarış zamanı 0,229 qram heroin aşkarlanıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər