Dəhşətli QƏZA: İkisi uşaq olmaqla, 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu barədə Day.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib, hamısının vəziyyəti ağırdır.

***

13.20

Kürdəmirdə baş verən qəzada ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Day.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 yaşlı Mehparə Kərim qızı Kərimova, 46 yaşlı Aygün Kərim qızı Kərimova, 12 yaşlı Qorxmaz Abbas oğlu Kərimov və Aylin Natiq qızı Həsənova dünyasını dəyişiblər.

"Nissan" markalı avtomobilin sürücü Ceyhun Piriyev və sərnişinləri - 34 yaşlı Şəfa Vaqif qızı Piriyeva, Reyhan Kərim qızı Kərimova, Arzu İsrayıl qızı Hətəmov və "Mercedes" markalı avtomobilin sürücüsü Abbas Kərimov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.