https://news.day.az/az/society/1231439.html Abşeronda qardaşların qaçırdığı avtomobil elektrik dirəyinə çırpılıb

Abşeronda qardaşların qaçırdığı avtomobil elektrik dirəyinə çırpılıb

Cəmiyyət, 4 May 2020 16:21 (UTC +04:00) 124 608
Abşeronda qardaşların qaçırdığı avtomobil elektrik dirəyinə çırpılıb

Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən qaçırılmış avtomobil elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Abşeron RPŞ-yə Sumqayıt şəhər sakini İ.İbişlinin "QAZ-3110" markalı avtomobilinin mayın 2-də saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.

Araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər