Qəzada ölən qardaşlarının yasına gedən bacılar da qəzada öldü - VİDEO

Kürdəmirdə 4 nəfərin ölümü, 7 nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Day.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydasını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi "Nissan" markalı maşın toqquşub.
Nəticədə 4 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Qeyd edək ki, dəhşətli qəzada vəfat edən və yaralanan şəxslər elə dünən başqa bir qəzada vəfat edən şəxsin dəfninə gedirlərmiş.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.