https://news.day.az/az/society/1231686.html İsmayıllıda narkotik becərən şəxs saxlanılıb - FOTO

İsmayıllıda narkotik becərən şəxs saxlanılıb - FOTO

Cəmiyyət, 5 May 2020 10:46 (UTC +04:00) 124 596
İsmayıllıda narkotik becərən şəxs saxlanılıb

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Day.Az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov saxlanılıb. E.Novruzovun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

E.Novruzov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, istintaq aparılır.

  • İsmayıllıda narkotik becərən şəxs saxlanılıb
  • İsmayıllıda narkotik becərən şəxs saxlanılıb
  • İsmayıllıda narkotik becərən şəxs saxlanılıb
  • İsmayıllıda narkotik becərən şəxs saxlanılıb
  • İsmayıllıda narkotik becərən şəxs saxlanılıb
  • İsmayıllıda narkotik becərən şəxs saxlanılıb
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər