https://news.day.az/az/society/1231728.html DİN Kürdəmirdə 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Kürdəmirdə 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Cəmiyyət, 5 May 2020 11:56 (UTC +04:00) 124 609
DİN Kürdəmirdə 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Kürdəmirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, mayın 4-də saat 11 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Muradxan kənd sakini C.Piriyevin idarə etdiyi "Nissan" və İmişli rayon sakini A.Kərimovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə A.Kərimovun sərnişinləri - bacıları Mehbarə, Aygün, oğlu Qorxmaz və qohumu Aylin hadisə yerində ölüb, özü və digər sərnişinləri R.Kərimova və Arzu Hətəmova, habelə digər sürücü və sərnişinləri - arvadı Ş.Piriyeva, oğlanları Kənan və Sabir xəstəxanaya yerləşdirilib, A.Hətəmova və Sabir orada ölüblər.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər