https://news.day.az/az/society/1232066.html Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı - FOTO

Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı - FOTO

Cəmiyyət, 6 May 2020 09:29 (UTC +04:00) 125 128
Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektindən üzü Koroğlu metrostansiyası istiqamətində qeydə alınıb. Sözügedən istiqamətdə hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək qarşı yola çıxıb. Nəticədə o, əks istiqamətlə hərəkət edən iki avtomobilə ziyan vurub.

Qəza səbəbindən sözügedən yolda avtomobillər arasında sıxlıq yaranıb. Hadisə yerinə Dövlət Yol Patrul xidmətinin əməkdaşları cəlb olunublar.
  • Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı
  • Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı
  • Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı
  • Bakıda qəza - "BMW" əks yola çıxaraq iki avtomobilə çırpıldı
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər