Azərbaycanda qanunsuz əməlləri aşkar edilən bank əməkdaşları cəzalandırıldı - AÇIQLAMA

Yelo Bank əməkdaşlarının cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar açıqlama yayıb.
Day.Az-ın məlumatına görə, bankın yaydığı açıqlamada deyilir ki, 2020-cii ilin martın 17-də Yelo Bankın (keçmiş Nikoil Bank) müvafiq strukturları tərəfindən filial müdirinin və əməkdaşının qanunsuz əməlləri aşkarlanıb.
Martın 19-da isə bu barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat verilib. Daxili araşdırma aparıldıqdan sonra həmin əməkdaşlar müvafiq maddə ilə işdən çıxarılıb və əlavə məlumatlar Maliyyə Monitorinqi Xidmətinə göndərilib.
Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia:
Buna baxmayaraq, təəssüf edirik ki, iki əməkdaş qanunsuz əmələ əl ataraq həm özünü biabır etdi, həm də işlədiyi kollektivə ləkə saldı. Mən təcrübəli və öz işinə sadiq olan daxili nəzarət komandasına təşəkkür edirəm. Məhz onların sayəsində bu faktlar aşkarlandı və operativ reaksiya verildi. Biz həm də prinsipial mövqe tutaraq qanun pozuntularını araşdıran və onlara qiymət verən, həmin əməkdaşların işdən çıxarılmasına qərar verən hər bir əməkdaşımıza təşəkkür edirik. Mən həm də Maliyyə Monitorinqi Xidmətinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərdiyi peşəkarlığa görə minnətdaram".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.