Bakıda kirayənişin qadına görə ev sahibini bıçaqladı
Bakı şəhər Binəqədi Rayon Polis İdarəsində Gürcüstan vətəndaşının ağır bədən xəsarəti yetirməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Day.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlum olub ki, mayın 2-də axşam saatlarında Binəqədi rayonunun Sulutəpə kənd sakini - 1962-ci il təvəllüdlü Sərdar Hacıyev qarın nahiyəsində bıçaq xəsarəti ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə daxil olub.
İstintaq prosesində S.Hacıyevə bıçaq zərbəsini kirayə qaldığı evin sahibi, 1979-cu il təvəllüdlü Gürcüstan vətəndaşı Vüqar Məmmədovun vurduğu məlum olub. O, 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
İlkin məlumata görə, kişilər arasında münaqişə zərərçəkənin Gürcüstan vətəndaşının yaxın qohumuna qarşı əxlaqsız davranışına görə baş verib.
Faktla bağlı araşdırma davam edir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.