https://news.day.az/az/society/1232461.html Bakıda iki yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ölüb

Bakıda iki yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ölüb

Cəmiyyət, 7 May 2020 09:37 (UTC +04:00) 125 235
Bakıda iki yaşlı uşaq ikinci mərtəbədən yıxılaraq ölüb

Bakının Sabunçu rayonunda pəncərədən yıxılan azyaşlı ölüb.

Day.Az APA-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Həsən bəy Zərdabi küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə mənzil 3-də yaşayan 2018-ci il təvəllüdlü Abdullayev Kamil Murad oğlu yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər