https://news.day.az/az/society/1232885.html ABŞ-da avtomobilində dünyasını dəyişən gəncin nəşi Bakıya gətirilib

ABŞ-da avtomobilində dünyasını dəyişən gəncin nəşi Bakıya gətirilib

Cəmiyyət, 8 May 2020 09:44 (UTC +04:00) 125 562
ABŞ-da avtomobilində dünyasını dəyişən gəncin nəşi Bakıya gətirilib

ABŞ-da avtomobilində dünyasını dəyişən azərbaycanlı gəncin nəşi Bakıya gətirilib.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlunun nəşi ötən gün səhər saatlarında Bakıya gətirilib. Bu barədə ölən gəncin yaxınları bildiriblər. S.Hüseynov artıq torpağa tapşırılıb.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Hüseynov Seymur Ayaz oğlu, yükdaşıma şirkətində çalışırdı. Şimali Karolina ştatı Vilminqton şəhərinin Nyu Hanover rayonunun polis departamenti tərəfindən istintaq əməliyyatları aparılır. Yerli hüquq-mühafizə orqanları tərəfindən verilən ilkin məlumata əsasən, hadisə avtomobildən çıxan işlənmiş qazların avtomobilin kabinasına sızması nəticəsində baş verib. Mərhum avtomobilinin arxa kabinasında yatdığı zaman boğulub.
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər