https://news.day.az/az/society/1232893.html
Sumqayıtda dəhşətli avtobus qəzası: 14 yaralı - VİDEO
Sumqayıtda dəhşətli avtobus qəzası: 14 yaralı - VİDEO

Sumqayıtda iki avtobusun iştirakı ilə baş vermiş qəzada 14 nəfər xəsarət alıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki,şəhərin Sülh prospektində baş verən qəzaya səbəb ara məsafəsinin saxlanılmaması olub. Baş vermiş hadisədə 14 nəfər xəsarət alaraq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, həmin şəxslərdən 12-sinin xəsarətləri yüngül olduğundan ambulator müalicəyə yola salınıblar, 2 nəfər isə stasionar müalicə olunurlar.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.