https://news.day.az/az/society/1233021.html
Pandemiya işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək - Anar Əliyev
Pandemiya işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək - Anar Əliyev
Pandemiya ölkədə işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək.
Day.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Yeni TV" kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı Dövlət Statistika Komitəsi ilə birlikdə təhlillər aparılır: "Pandemiya dövründə hökumət qarşısında duran əsas məsələ əhalinin məşğulluğunun təmin edilməsidir. Biz qeyri-formal məşğul əhalini əsas hədəf seçmişik. Bu insanlar yalnız qeyri-formal əməkhaqqı alır, bunlar bütün kompensasiyalardan məhrum olmuş şəxslərdir"
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.