https://news.day.az/az/society/1233088.html Nəfəs boğan hərarət - Koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanadan - VİDEO

Nəfəs boğan hərarət - Koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanadan - VİDEO

Cəmiyyət, 8 May 2020 15:40 (UTC +04:00) 123 954
Nəfəs boğan hərarət - Koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanadan

REAL TV koronaviruslu xəstələrin müalicə olunduğu xüsusi xəstəxanada olub.

Ağır vəziyyətdə olan xəstələr reanimasiya şöbəsinə yerləşdirilir və süni nəfəs aparatına qoşulurlar. Onlar bu nəfəs aparatları ilə nəfəs alırlar. Xəstələrin nəfəs almasında ciddi çətinliklər müşahidə olunur. Demək olar ki, xəstələr bütün sutka boyu bu aparat vasitəsilə nəfəs alırlar.

Ölkədə karantin rejiminin yumşaldıldıqdan sonra təəssüf ki, yenidən koronavirusa yoluxanların sayı sağalanların sayını ötüb. Dinamika yenidən mənfiyə doğru gedir. Süni nəfəs aparatından aslı olmamaq üçün karantin qaydalarına əməl etməliyik.

Həkimlər qeyd edirlər ki, xəstəxanaya gec müraciət edən xəstələrin praktik olaraq yaşama şansı çox az olur, vaxtında həkimə müraciət etmək tövsiyə olunur.

Day.Az sizə həmin sujeti təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər