https://news.day.az/az/society/1233202.html Şamaxıda içərisində 11-ci sinif şagirdləri olan "NİVA" aşıb, ölən və xəsarət alanlar var

Şamaxıda içərisində 11-ci sinif şagirdləri olan "NİVA" aşıb, ölən və xəsarət alanlar var

Cəmiyyət, 8 May 2020 19:37 (UTC +04:00) 123 603
Şamaxıda içərisində 11-ci sinif şagirdləri olan "NİVA" aşıb, ölən və xəsarət alanlar var

Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az  APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 18:00 radələrində Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şamaxı sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər