Bakıda avtobus yanıb

21:54

Paytaxtda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda "Karsan" markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd oturacaq yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

21:30

Bakıda avtobus yanır.

Day.Az xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər.

Onların sözlərinə görə, hadisə Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında baş verib. Hərəktədə olan avtobus qəfil alışıb.

Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.