https://news.day.az/az/society/1233237.html Maskadan istifadə etməyən sərnişinlər qatarlara buraxılmayacaqlar

Maskadan istifadə etməyən sərnişinlər qatarlara buraxılmayacaqlar

Cəmiyyət, 8 May 2020 22:53 (UTC +04:00) 123 558
Maskadan istifadə etməyən sərnişinlər qatarlara buraxılmayacaqlar

Sabahdan tibbi maskadan istifadə etməyənlər Bakı Dəmiryol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək:

"Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər