https://news.day.az/az/society/1233279.html
Metroda sərnişinlər sosial məsafə saxlamalıdır
Metroda sərnişinlər sosial məsafə saxlamalıdır
Bakı metrosunda platforma və vaqonlarda sərnişinlərin sosial məsafə saxlamaları barədə mütəmadi məlumatlar səsləndirilir. Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, vaqonlara sərnişinlərin yalnız oturacaqların sayına görə buraxılmasını tənzimləmək mümkün olmasa da bununla bağlı oturacaqlarda məlumatlar yazılıb:
"Əməkdaşlarımız tərəfindən oturacaqların üzərinə işarələr vurulub. Sərnişinlərin ara məsafəsini saxlaması üçün metro işçiləri sərnişinlərə tövsiyyələr edir. Ayaq üstə gedən sərnişinlər üçün də xüsusi işarələnmiş yerlər quraşdırılıb. Sərnişinlərimizdən bu normalara riayət etmələrini xahiş edirik".
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.