https://news.day.az/az/society/1233298.html Şamaxıda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıldı

Şamaxıda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıldı

Cəmiyyət, 9 May 2020 10:27 (UTC +04:00) 247 843
Şamaxıda ölümlə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıldı

Şamaxıda yeniyetmə gənclərin törətdiyi yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Day.Az-ın məlumatına görə, Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində rayon sakini, 2003-cü il təvəllüdlü Zeynalov Fəqan Anar oğlu babası Mürvət Zeynalova məxsus "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sərnişin, 2003-cü il təvəllüdlü Muxtarov Bəxtiyar Azər oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Avtomobili idarə edən Fəqan Zeynalov və digər sərnişin, Bakı sakini, 2004-cü il təvəllüdlü Salahov Cəmil Azər oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Ölən və yaralanan şəxslər 11-ci sinif şagirdləridir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər