Bakı metrosunda generator stansiyaları hazır vəziyyətə gətirilib
Bakı metropoliteninin fəaliyyətə başlaması ilə bağlı dizel generator stansiyaları da hazırlıqlı vəziyyətə gətirilib.
Trend-in məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, qatarların hərəkəti zamanı elektrik enerjisinin verilişində problem yaranarsa və qatarlar tuneldə qalarsa, dizel generatorları hazır vəziyyətdə olacaq:
"Belə hadisə baş verərsə, dərhal "Azərişıq" ASC-i ilə əlaqə saxlanılır. Elektrik enerjisinin verilişində yaranan problemin mahiyyətindən və enerjinin bərpa müddətindən asılı olaraq qərar veriləcək. "Azərişıq" ASC ilə danışıqlardan sonra müvafiq vəziyyətə uyğun olaraq dizel generatorların işə salınmasına baxılacaq".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.