https://news.day.az/az/society/1233359.html Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

Azərbaycanın tanınmış alimi vəfat etdi - FOTO

Cəmiyyət, 9 May 2020 12:50 (UTC +04:00) 124 219
Azərbaycanın tanınmış alimi vəfat etdi

Tanınmış bioloq alim, Fiziologiya İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Telman Ağayev mayın 9-da 84 yaşında vəfat edib.

Bu barədə Day.Az-a AMEA-dan məlumat verilib.

Telman Məmmədəli oğlu Ağayev 1935-ci il oktyabr ayının 10-da Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunun Vaqudi kəndində anadan olub. 1959-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnika fakültəsini bitirib.

O, 1993-1995-ci illərdə Azərbaycan Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1995-2013-cü illərdə institutun direktoru vəzifəsində çalışıb.

T.Ağayev təkamül fiziologiyası və biokimyası sahəsində mütəxəssis idi. O, filo- və ontogenezin ayrı-ayrı səviyyələrində duran orqanizmlərin mərkəzi sinir sisteminin sensor və hüceyrə biokimyası üzrə elmi istiqamətin təşkilatçısı və ardıcıl davamçısı kimi tanınırdı.

Alim 340 elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi idi. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 37 fəlsəfə doktoru hazırlanıb.

Azərbaycan Biokimya Cəmiyyətinin sədri, Avropa Biokimyaçılar Cəmiyyətinin üzvü, Fizioloqlar Cəmiyyətinin prezidenti idi. AMEA-nın "Xəbərləri" (biologiya və tibb elmləri seriyası), "Ekoenergetika" və Gürcüstan EA "Xəbərləri" jurnallarının redaksiya heyətinin üzvü idi. YUNESKO-nun etika, bioetika və texnologiya üzrə milli komitəsinin və Beyin tədqiqatçıları üzrə Beynəlxalq Təşkilatın üzvü idi.

2013-cü ildə Avropa Elmi-Sənaye Palatası tərəfindən peşəkar fəaliyyətinə görə diplom və qızıl medalla təltif edilib.

  • Azərbaycanın tanınmış alimi vəfat etdi
  • Azərbaycanın tanınmış alimi vəfat etdi
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər