Azərbaycanda 143 nəfər koronavirusa yoluxdu 44 nəfər sağaldı, 3 nəfər vəfat etdi
Azərbaycan Respublikasında 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 44 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1942, 1944 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 2422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1620 nəfər müalicə olunaraq sağalmış, 31 nəfər vəfat etmiş, 771 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 41 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 188.950 test aparılmışdır.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.