https://news.day.az/az/society/1233468.html
Təəssüf ki, əhalinin sıx toplaşdığı yerlərdə hələ də sosial məsafə gözlənilmir - Ramin Bayramlı
Təəssüf ki, əhalinin sıx toplaşdığı yerlərdə hələ də sosial məsafə gözlənilmir - Ramin Bayramlı
Təəssüflər olsun ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlar hələ də sosial məsafəni gözləmir, qoruyucu maskalardan istifadə etmirlər.
Day.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, bu baxımdan TƏBİB tərəfindən maarifləndirici broşüralar hazırlanıb.
R.Bayramlı qeyd edib ki, hər gün aparılan təhlil əsasında bayram günlərində və həftə sonlarında məhdudiyyətlərin tətbiq olunması üçün Operativ Qərargaha müraciət ediləcək.
Messencerlərdə bizə qoşulun:
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.