https://news.day.az/az/society/1233493.html Modul tipli xəstəxanalar səhra hospitalları kimi istifadə edilə bilər

Modul tipli xəstəxanalar səhra hospitalları kimi istifadə edilə bilər

Cəmiyyət, 9 May 2020 18:13 (UTC +04:00) 123 785
Modul tipli xəstəxanalar səhra hospitalları kimi istifadə edilə bilər

Modul tipli xəstəxanalar səhra hospitalları kimi istifadə edilə bilər. Bu xəstəxanaların hər biri mövcud xəstəxanalara təhkim olunub. Bunlar təhkim olunduğu xəstəxanaların infeksion şöbələri kimi fəaliyyət göstərəcklər.

Day.Az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, pandemiya bitdikdən sonra modul tipli xəstəxanaların aktuallığı bitməyəcək: "Lazım gəldikdə bu xəstəxanaları səhra xəstəxanalarına çevirə bilərik. Bu xəstəxanaların təchizatı da imkan verəcək ki, onları səhra hospitalları kimi istifadə edək".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər