https://news.day.az/az/society/1233494.html Böyük ticarət mərkəzləri nə vaxt açılacaq? - Qərargah açıqladı

Böyük ticarət mərkəzləri nə vaxt açılacaq? - Qərargah açıqladı

Cəmiyyət, 9 May 2020 18:15 (UTC +04:00) 124 280
Böyük ticarət mərkəzləri nə vaxt açılacaq?

"Böyük ehtimalla, gələcək günlərdə böyük ticarət mərkəzləri açılacaq. Ancaq bu ayın sonuna qədər böyük ticarət mərkəzlərinin açılmasını gözləmirik".

Day.Az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı  bildirib.

R. Bayramlı deyib ki, ticarət mərkəzləri açılsa belə, bəzi məhdudiyyətlərə və qaydalara əməl edilməlidir: "Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər".

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər