“Koronavirusdan gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi ciddi narahatlıq doğurur”
Vəziyyətdən çıxış yolu karantin qaydalarını yenidən sərtləşdirməkdir...
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu isə bundan əvvəlki sayla iki dəfə çox deməkdir. Beləliklə xüsusi karantin rejiminin yumşaldılmasından sonra ölkədə koronavirusa yoluxanların sayında getdikcə artrım müşahidə olunmaqdadır.
Mütəxəssislər həyəcanla bildirir ki, bunun səbəbi vətəndaşların tələb və tövsiyə olnan şərtlərə əməl etməməsidir. İnsanlar zririyyət olmadığı halda küçəyə çıxır, ictimai nəqliyyatda, küçələrdə tibbi maskasız gəzir, bir yerə toplaşır və sair...
Day.Az musavat.com-a istinadən bildirir ki, məsələ ilə bağlı ötən gün tibb elməri doktoru, professor Adil Qeybulla da sosial şəbəkədə öz qeydlərini edib. Professor vurğlayıb ki, son günlər COVID-19 ştamı ilə gündəlik xəstələnmə sayının sağalma sayını üstələməsi ciddi narahatçılıq doğurur: "Pandemiya ilə mübarizənin gedişində mənfi dinamika nədən qaynaqlanır? Bir ailə üzvlərinin və onlara yaxın şəxslərin xəstələnməsi halları mövcuddur. Bu, nə ilə izah oluna bilər? SMS icazəsi başlayandan yaxın qohumlar, dostlar kütləvi də olmasa, görüşüblər, ev ziyafətləri təşkil ediblər, birgə süfrə açıblar və s. Hətta SMS icasəsi dövründə hamı maskalardan istifadə etməyib. Bakı kəndlərində, şəhərdəki bina məhəllərində insanların müəyyən icasəziz hərəkət azadlığına (həyətlərdə gəzintilər, söhbətlər və s.) və bu zaman karantin qaydalarının pozulmasına göz yumulub. Bina evlərində bayıra çıxan insanların liftdən istifadə zamanı lift düyməsinə, divarına, dəstəklərə toxunması, liftin içərisində birgə hərəkət zamanı ağız-burun aerozolundan yoluxma da nəzərdən qaçırılmamalıdır. Həmin proseslərdə yoluxmalar bu gün özünü göstərir. Əlbəttə, insanların ünsiyyətə olan ehtiyacı başadüşüləndir, lakin bu, karantin qaydalarının ciddi şəkildə pozulmasıdır".
Adil Qeybulla qeyd edib ki, bütün baş verənlər vətəndaş məsuliyyətinə bağlıdır: "Polis hər nüansa nəzarət edə bilməz. Burada əsas nəzarətçi şüur və məsuliyyət olmalıdır. Bu gün karantin qaydalarının yumşaldılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, iqnor etməsi, sosial məsafə gözləməməsi, maskadan istifadə etməməsi, şəxsi gigiyena qaydalarını gözləməməsi əldə olunan nailiyyətləri heçə endirir, yeni reinfeksiya dalğasının əsasını qoyur. Biz hələ karantinin qaydalarının yumşaldılması ilə baş verən yoluxmaların nəticəsini yaxın həftələrdə müşahidə edəcəyik".
Adil Qeybulla yaranmış situasiyadan çıxış yolu ilə bağlı öz tövsiyələrini də qeyd edib: "1. Karantin qaydalarını ləğv etmək, əvvəlki illərdəki respirator virus infeksiyalarına olan münasibəti sərgiləmək, hər şeyi taleyin ümidinə buraxmaq. Bu halda total xəstələnmə baş verir, nəticədə hamı tibbi yardım ala bilmir, atipik pnevmoniya ilə ağırlaşan xəstələrin əksəriyyəti dünyasını dəyişir, sağalanların bir qismində əlillik (ağ ciyərlərin pnevmosklerozuna bağlı) yaranır. Sonuncuların gələcəkdə, postpandemik dövrdə reabilitiasiyası, onlara ağ ciyər transplantasiyası məsələsi kimi problemlər ortaya çıxır. Bu zaman kollektiv immunitet formalaşır (sağalanların qanında əks-cisimlər yaranır), virusun yaşamaq üçün məskəni (canlı hüceyrə) qalmadığından yoxa çıxır. Nəzərə alaq ki, xəstələnib sağalan şəxsdə reinfeksiya təhlükəsi yoxdur! Bu yol kütləvi tələfata aparan, təhlükəli və milli təhlükəsizliyimizi təhdid edə biləcək yol olardı.
2. Karantin qaydalarını yenidən sərtləşdirmək, virus tamalamilə yoxa çıxana qədər, yaxud vaksin tapılıb immunizasiya aparılana qədər sərt şəkildə davam etdirmək. Nəzərə alaq ki, qarşıdan yay gəlir, istilər getdikcə artacaq. Proqnoza görə, bu il daha güclü və intensiv istilər gözlənilir. Belə istilərdə, xüsusilə yayda insanların uzun müddət sərt qaydalarla hərəkət azadlığının məhdudlaşdırılması, evdəqal rejimi xeyli problemli görünür. Kütləvi depressiya, psixoloji sarsıntılar, istivurma halları arta bilər, xroniki xəstələrin xəstəliyinin kəskinləşməsi halları geniş xarakter ala bilər. Kondisionerlərin kütləvi istismarı bir tərəfdən elektrik problemi yarada bilər, digər tərəfdən kondisioner xəstəliyi (legionellosis, soyuqdəymələr) arta bilər. Bununla yanaşı, sosial həyatı uzun müddət dondurmaq insanların yaşam şərtlərini pisləşdirə, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Düşünürəm ki, bu da effektiv yol hesab edilə bilməz.
3. Ücüncü yol, karantin qaydalarını insanların hərəkət azadlıqları istiqamətində yumşaltmaq, lakin karantin şərtlərinə əməl edilməsinə sərt nəzarətin həyata keçirilməsi ola bilər. Bu zaman, ticarət obyektlərinin, ərzaq mağazalrının, satış obyektlərinin, xidmət sahələrinin, bərbərxanaların fəaliyyətinə icazə verilir, lakin onların fəaliyyət qaydalaır ilə bağlı xüsusi təlimatlar hazırlanır. Vətəndaş məsuliyyəti artırılır, karantin qaydalaırnın pozulmasına administrativ və ictimai nəzarət gücləndirilir. Karantin qaydasını pozan hər kəs üçün ictimai qınağın artırılması, ictimai pressinqin gücləndirilməsi üçün mexanizmlər düşünülür. Elektron KİV-lər, media insanlara məsuliyyətli olmağın önəmi, karantin qaydalarının mahiyyəti və zərurəti haqda usanmadan təbliğati işi davam etdirir. Sonuncu ən optimal yol hesab edilə bilər. Vətəndaşlarımızı məsuliyyətli olmağa, karantin qaydalarını (sosial izolyasiya, maska, əllərin tez-tez yuyulması və bütövlükdə gigyena) gözləməyə çağırıram. Yalnız bu yolla hər birimizin həyatını təhlükədən qorumağa və bu bəladan az itkilərlə çıxmağa nail ola bilərik. Əsas sloqanımız bu olmalıdır: Məsuliyyətli olaq!"
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.