İngiltərə Premyer Liqasının futbolçuları koronavirusla mübarizəyə yardım Fondu yaradıblar
İngilis Premier Liqasının futbolçuları Britaniya səhiyyə xidmətinin (NHS) birbaşa dəstəklənməsi, koronavirus pandemiyası zamanı ehtiyacı olanlara müalicə və yardımın təmin edilməsi üçün #PlayersTogether təşəbbüsü ilə müvafiq fond yaratmaq qərarına gəliblər.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, təşəbbüsün yaradılması haqqında sənədi "Liverpul"un yarımmüdafiəçisi Cordan Henderson "Twitter" səhifəsində dərc edib.
Bildirilir ki, müxtəlif ingilis klublarından olan futbolçular fonda 4,56 milyon avro vəsait köçürəcəklər.
Britaniyada koronavirusa yoluxma hallarının sayı 60 mini ötüb, 7 mindən çox insan isə bu virusdan dünyasını dəyişib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.