https://news.day.az/az/sport/1222871.html İtaliya A seriyasının bərpa və başa çatma tarixi açıqlandı

İtaliya A seriyasının bərpa və başa çatma tarixi açıqlandı

İdman, 12 Aprel 2020 13:27 (UTC +04:00) 129 037
İtaliya A seriyasının bərpa və başa çatma tarixi açıqlandı

Koronavirus pandemiyası üzündən dayandırılan İtaliya A seriyasının bərpa və başa çatma günü ilə bağlı növbəti mümkün tarixlər açıqlanıb.

Day.Az apasport.az-a istinadən bildirir ki, "La Gazzetta dello Sport" nəşri komandaların karantin başa çatdıqdan bir gün sonra məşqlərə başlaya biləcəyini iddia edir.

Bildirilir ki, mayın 4-də hazırlıqlara start verəcək A seriyası təmsilçiləri aprelin 27-də bütün futbolçuları və məşqçilərini testdən keçirməyi planlaşdırır. Bunun üçün klub rəhbərləri müvafiq icazə almalıdır.

Çempionatın qarşılaşmaları isə məşqlər bərpa olunandan 27 gün sonra - mayın 31-də başlaya bilər. Əgər bu plan baş tutsa, çempionat iyulun 12-də yekunlaşacaq.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər