İbrahimoviç sahibi olduğu komandayla məşqlərə başladı - FOTO

Milan-ın futbolçusu Zlatan İbrahimoviç İsveçin "Hammarby" klubunun məşqlərində iştirak edib.

Day.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə "Hammarby" klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə, İbrahimoviçin komandayla birlikdə məşq etdiyi bildirilib.

İbrahimoviç İsveç təmsilçisinin səhmlərinin 25 faizinin sahibidir.

Müqavilə ilə "Milan"a məxsus olan 38 yaşlı hücumçu koronavirus pandemiyasına görə ölkəsi İsveçdədir.