https://news.day.az/az/sport/1222975.html Şahmatçılarımız onlayn blits turnirdə mübarizə aparıblar

Şahmatçılarımız onlayn blits turnirdə mübarizə aparıblar

İdman, 12 Aprel 2020 21:13 (UTC +04:00) 128 991
Şahmatçılarımız onlayn blits turnirdə mübarizə aparıblar

Fransada "C'Chartres Echecs" şahmat klubu və "Europe Échecs" şahmat platformasının birgə təşkilatçılığı ilə onlayn blits turniri keçirilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Rauf Məmmədov turnirdə 9 xal toplayaraq ukraynalı Vasili İvançukla 5-6-cı yerləri bölüşüb. Digər şahmatçılarımız Qədir Məmmədov 8 xal, Namiq Quliyev 6 xal toplayıblar. Turnirdə 11 turdan 10 xal toplayan gürcüstanlı Bahadur Cobava və FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca 1-2-ci yerləri bölüşüblər. Mükafat fondu 1200 avro olan turnirdə 342 şahmatçı iştirak edib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər