https://news.day.az/az/sport/1224346.html Azərbaycanlı hakim Türkiyədə koronavirusa yoluxdu - FOTO

Azərbaycanlı hakim Türkiyədə koronavirusa yoluxdu - FOTO

İdman, 16 Aprel 2020 09:37 (UTC +04:00) 130 402
Azərbaycanlı hakim Türkiyədə koronavirusa yoluxdu

Türkiyədə Karabük Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa yoluxub.

Day.Az qol.az-a istinadən xəbər verir ki, gənc referi dad və qoxu hisslərini itirməsi, eləcə də nəfəs almaqda çətinlik çəkdiyi üçün Karabükdəki xəstəxanada tibbi müayinədən keçib. Onun testinin nəticəsi pozitiv çıxıb.

Türkiyə aktiv Futbol Hakimləri və İnspektorları dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer bildirib ki, referi müalicə üçün xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır. 

  • Azərbaycanlı hakim Türkiyədə koronavirusa yoluxdu
  • Azərbaycanlı hakim Türkiyədə koronavirusa yoluxdu
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər