Ferqüson: Nurmaqomedovun idmandan getmə vaxtı çatıb
Amerikalı UFC döyüşçüsü Toni Ferqüson hesab edir ki, yüngül çəkidə mütləq çempion olan Həbib Nurmaqomedovun karyerasını başa vurmağın vaxtı çatıb.
Toni Ferqüson həmçinin rusiyalı çempionu UFC 249 turniri üçün ABŞ-a gəlməkdən imtina etdiyinə görə tənqid edib: "Düşünürəm ki, Həbib özü hər şeyi başa düşür. Artıq getməyin vaxtı çatıb. O, zatən bunu etdi - aradan çıxdı.
Ancaq ümid edirəm ki, onda hər şey yaxşıdır və ailəsi ilə təhlükəsizlikdədir. Ailə məsələsinə gəlincə, bu mövzuda heç kəsi təhqir etmirəm. Eyni zamanda, ümid edirəm ki, o, təkcə danışmır, həm də məşq edir".
Qeyd edək ki, dimançılar aprelin 18-də UFC 249 turnirində döyüşməli idilər. Lakin Nurmaqomedov sərhədlərin bağlanması səbəbindən ölkəni tərk etməkdən imtina edib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.