UEFA-nın iki iclasında müzakirə edəcəyi məsələlər müəyyənləşib
UEFA koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün taleyini aprelin 21-də və 23-də keçiriləcək toplantılarda müzakirə edəcək.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, sabah qurum rəhbərliyi təşkilata üzv olan milli assosiasiyaların baş katibləri ilə videokonfrans keçirəcək.
Tədbirdə dayandırılan liqaların nə vaxt və necə davam etdirilməsi ilə bağlı məsələlər, həmçinin mövcud vəziyyət müzakirə olunacaq, təhlillər aparılacaq, mümkün variantlar ətrafında fikir mübadiləsi gerçəkləşəcək.
Aprelin 23-də isə İcraiyyə Komitəsinin iclası baş tutacaq. Onlayn şəkildə təşkil olunacaq mərasimdə milli liqalar və avrokuboklarla bağlı müzakirələrə yer veriləcək.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.