https://news.day.az/az/sport/1226613.html Çempionat bu tarixdə bərpa olunacaq - RƏSMİ

Çempionat bu tarixdə bərpa olunacaq - RƏSMİ

İdman, 21 Aprel 2020 21:56 (UTC +04:00) 129 106
Çempionat bu tarixdə bərpa olunacaq

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Polşa çempionatının bərpa tarixi açıqlanıb.

Day.Az BakuPost.az-a istinadən xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, milli çempionat mayın 30-da qaldığı yerdən start götürəcək. Liqanın iyunun sonunda başa çatdırılacağı gözlənilir.

Bu müddət ərzində ikinci dövrənin digər matçlarının və pley-off qarşılaşmalarının keçiriləcəyi qeyd olunub. II liqanın isə iyunun 6-da bərpa olunacağı vurğulanıb.

Mayın 27-də Polşa kubokunun təxirə salınmış görüşləri oynanılacaq. Bundan sonra isə yarımfinal mərhələsinin püşkü atılacaq.

Qeyd edək ki, Polşa çempionatının oyunları martın 13-də dayandırılıb.
 

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər