UEFA VAR-ı ləğv edir - gözlənilməz qərar

UEFA və quruma üzv olan milli assosiasiyaların nümayəndələri arasında keçirilən videokonfransda müzakirə olunan məsələlərdən biri də VAR sistemi olub.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, qurum cari mövsümdə Çempionlar Liqası və Avropa Liqasında VAR-ı ləğv etməyi planlaşdırır. Bununla bağlı assosiasiya nümayəndələri də məlumatlandırılıb. VAR sistemi növbəti mövsümdə yenidə istifadə olunacaq. UEFA bunu VAR otağında çox adamın olması ilə əlaqələndirib və koronavirus pandemiyasının yayıldığı dönəmdə təhlükəli hesab edir.

Qeyd edək ki, aprelin 23-də UEFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Avrokuboklarla bağlı yekun qərarın məhz sabahkı toplantıda veriləcəyi bildirilir.