https://news.day.az/az/sport/1226977.html "Barselona"nın futbolçusu London təmsilçisinin hədəfində

"Barselona"nın futbolçusu London təmsilçisinin hədəfində

İdman, 22 Aprel 2020 19:43 (UTC +04:00) 129 082
"Barselona"nın futbolçusu London təmsilçisinin hədəfində

"Barselona"nın yarımmüdafiəçisi Artur karyerasını İngiltərədə davam etdirə bilər.

Day.Az goal.az-a istinadən xəbər verir ki, "Tottenhem" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, London təmsilçisi 23 yaşlı oyunçuya hazırkı maaşından daha yüksək məbəlğ təklif edib. Kataloniya klubu Arturun komandadan ayrılmasına mane olmayacaq.

O, 2018-ci ildə Gremio-dan 31 milyon avro qarşılığında "Barselona"ya keçmişdi. Futbolçunun komandası ilə 2024-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Artur cari mövsümdə Kataloniya təmsilçisində 23 matç keçirib və 4 qol vurub.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər