https://news.day.az/az/sport/1227558.html Koronavirusa yoluxan məşhur futbolçunun durumu ağırlaşdı - Reanimasiyadadı

Koronavirusa yoluxan məşhur futbolçunun durumu ağırlaşdı - Reanimasiyadadı

İdman, 24 Aprel 2020 12:03 (UTC +04:00) 129 405
Koronavirusa yoluxan məşhur futbolçunun durumu ağırlaşdı - Reanimasiyadadı

Fransanın "Monpolye" futbol klubunun yarımmüdafiəçisi Cunior Sambia reanimasiyaya yerləşdirilib. Day.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Məlumatda qeyd edilir ki, 23 yaşlı futbolçunun koronavirus testinin nəticəsi müsbət çıxdıqdan 3 gün sonra, tənəffüs sistemində ağırlaşmalar başlayıb. Bu səbəbdən idmançı reanimasiya şöbəsinə yerləşdirilib.

C.Sambia 2017-ci ildən bu klubda çıxış edir.

Son məlumata görə, Fransada koronavirusa yoluxanların sayı 159 mindən çox, ölənlərin sayı isə təxminən 21 min nəfər təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər