https://news.day.az/az/sport/1227684.html İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

İdman, 24 Aprel 2020 14:56 (UTC +04:00) 129 307
İspaniyada danışılmış oyunlarda iştirak edən iki sabiq futbolçu həbs olunub

İspaniyanın Navarra əyalət məhkəməsi danışılmış oyunlarda şübhəli şəxsləri, o cümlədən iki sabiq futbolçunu azadlıqdan məhrum edib.

Day.Az Trend-in məlumatına görə, "Osasuna" futbol klbunun keçmiş direktorlarından biri Anxel Mariya Biskaya 8 il 8 ay müddətində həbs edilib.

"Betis" klubunun sabiq futbolçuları Antonio Amaya və Xavyer Torres bir il müddətinə azadlıqdan məhrum edilib.

Onlar 2012-2014-cü illər ərzində iki danışılmış matçın təşkil olunmasında təqsirli bilinib.

Ümumilikdə, həmin cinayət işində 11 nəfərin adı hallanıb. Onlardan 9 nəfəri müxtəlif cəzalara məhkum edilib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər